Reklam
Reklam

Tarix terminləri lüğəti

Məsqət

Azərbaycanda tarixi ərazi.

Bu ərazi təxminən indiki Vəlvələ və Samur çayları arasında yerləşib. Tədqiqatçıların (V.Minorski, İ.Markvart və b.) fikrincə, onun adı massagetlərlə əlaqədar olub və sonradan ərəbləşdirilib. Tarixi qaynaqlarda IV əsrdə M. ərazisində müstəqil massaget hökmdarlığı yaradıldığı göstərilir. VII əsrdən ərəb–xəzər müharibələrinin gedişində bura dəfələrlə döyüş meydanına çevrilib. M. müxtəlif vaxtlarda Dərbənd əmirliyinin, daha sonra Şirvanşahlar dövlətinin tərkibinə daxil edilib. Türk tarixçisi Münəccimbaşının (1631–1702) məlumatına əsasən, orta əsrlərdə M.-də çoxlu qala və yaşayış məntəqəsi mövcud olub. Tədqiqatçıların fikrincə, həmin ərazi sonralar Müşkür adlanıb.

Tarix terminləri lüğəti