Hüquq normalarının, etik prinsiplərin, daxili əsasnamələrin pozulmasında təqsirli olan fərdlərə, kollektivlərə qarşı cəza tədbirlərinin görülməsi.
Jurnalistlər bu norma, prinsip və əsasnamələrin tələblərinə əməl etmədikdə dövlət orqanları tərəfindən hüquqi məsuliyyətə, yaxud jurnalist təşkilatları, redaksiyalar tərəfindən mənəvi məsuliyyətə cəlb olunurlar. Qanunvericiliyə görə, KİV-in təsisçilərinin, naşirlərinin, redaksiyalarının, məsul redaktorlarının, yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə senzura qoymaq, peşə müstəqilliyini pozmaq, tirajı və ya onun bir hissəsini qeyri-qanuni müsadirə, yaxud məhv etmək, habelə media əməkdaşlarının digər hüquqlarını pozmaq kimi əməllər mülki, inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər.
Jurnalistika terminləri lüğəti