Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

məsuliyyətə cəlb edilmə

Hüquq nor­malarının, etik prinsiplərin, daxili əsas­namələrin pozulmasında təqsirli olan fərdlərə, kollektivlərə qarşı cəza təd­bir­lərinin görülməsi.

Jurnalistlər bu norma, prinsip və əsasnamələrin tələblərinə əməl etmədikdə dövlət orqanları tərəfindən hüquqi məsuliyyətə, yaxud jurnalist təş­kilatları, redaksiyalar tərəfindən mənəvi məsuliyyətə cəlb olunurlar. Qanun­veri­cili­yə görə, KİV-in təsisçilərinin, naşirlərinin, redaksiyalarının, məsul redak­torlarının, ya­yıcılarının və jurnalistlərin qanuni fəa­liy­yə­tinə senzura qoymaq, peşə müstəqilliyini pozmaq, tirajı və ya onun bir hissəsini qeyri-qanuni müsadirə, yaxud məhv et­mək, habelə media əmək­daşlarının digər hüquqlarını pozmaq kimi əməl­lər mülki, inzibati və cinayət məsu­liyyətinə səbəb ola bilər.

Jurnalistika terminləri lüğəti