lat. missio – göndərmə, tapşırıq
Dini təşkilat və kilsələrin öz təlimlərini başqa dinlərə etiqad edənlər arasında yaymaq istiqamətində fəaliyyəti.
M. bütün dünya dinləri üçün xarakterikdir, lakin onun həyata keçirilmə formaları fərqlənir. Katolisizm və pravoslavlıqda M.-lə, əsasən, din xadimləri məşğul olur, protestantlıqda isə bu hər bir inanc sahibinin borcu sayılır. İslamda M.-lə əvvəllər müsəlman tacirləri məşğul olublar, sufilik inkişaf etdikdən sonra isə həmin funksiyanı sufi dərvişləri yerinə yetiriblər.
Tarix terminləri lüğəti