fars. – möbədlər möbədi, kahinlər kahini
Sasanilər dövründə ali dini rütbə.
Baş kahin hesab olunan M.M. şahdan sonra öz nüfuzuna görə dövlətdə ikinci yeri tutub. O həmçinin ali hakim funksiyasını yerinə yetirib. Məzdəkilər hərəkatının məğlubiyyətindən sonra (VI əsrin əvvəlində) M.M.-in geniş səlahiyyətləri ləğv edilib.
Tarix terminləri lüğəti