Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

mövla ərəb

Allah, Yaradan.

Yeddi oğlun biri Sayat,

Çıx mövlaya et əmanət.

Elə bilin yoxdu Sayat,

Gedirəm, ana, gedirəm.

        (“Sayat bəy-Səyalı xanım”)

                      *

Alı aşıq olmuş bir əhli dilə,

Təbibi mövladı, dərdini bilə,

Bir tərəhhüm eylə sərdə aqilə,

Çünki sərdən getdi divana qaldı.

                (“Aşıq Alı və Əsmər xanım”)

                      *

Başına döndüyüm ay kamil usta,

Qadir mövlam mana buta veribdi.

Bir dərdə düşmüşəm, bir murad üstə.

Qadir mövlam mənə buta veribdi.

                                       (“Seydi və Pəri”)

Azərbaycan dastanlarının leksikası