lat. migratio – köçürmə
İlin fəslindən asılı olaraq hər hansı fəaliyyətin icrası üçün əlverişli təbii, iqtisadi şərait yaranan yerlərə əhalinin müvəqqəti miqrasiyası.
M.M. maldarlıqla məşğul olan əhali, həmçinin iqtisadi cəhətdən çox zəif inkişaf etmiş zonalar üçün daha səciyyəvidir. Ölkədaxili və ölkəxarici M.M. formaları fərqləndirilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti