Hәr beyti bir dildә olan şeir forması.
Azәrbaycan şairlәri müləmmələri, әsasәn, üç dildә: әrәb, fars vә Azәrbaycan dillәrindә yazıblar. Bu formadan daha çox qəzəllərdə istifadə olunub. Bir misrası ərəb və ikinci misrası türk dilində olan beytlərə Füzuli divanında rast gəlinir. Müləmmə klassik poeziyadan aşıq әdәbiyyatına da keçib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti