Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mülәmmә

Hәr beyti bir dildә olan şeir forması.

Azәr­baycan şairlәri müləmmələri, әsasәn, üç dildә: әrәb, fars vә Azәrbaycan dillәrindә yazıblar. Bu formadan daha çox qə­zəllərdə istifadə olunub. Bir misrası ərəb və ikinci misrası türk dilində olan beytlərə Füzuli divanında rast gəlinir. Müləmmə klassik poeziyadan aşıq әdәbiyyatına da keçib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti