Şərq, eləcə də Azərbaycan ədəbiyyatında iki tərəfin mübahisəsi üzərində qurulan şeir forması.
Müəyyən mənada deyişməni xatırladır. Əsərdəki obrazlar hansısa mövzuda mübahisəyə girməklə özlərini haqlı çıxarmağa çalışırlar. Lakin deyişmədən fərqli olaraq M.-nin finalında üçüncü tәrәf mübahisәyә qarışaraq münsiflik edir vә mübahisәyә yekun vurur. M.-lərin əksəriyyəti alleqorik əsərlərdir. M.-yə Əsədi Tusinin (XI əsr) “Gecə ilə gündüzün bəhsi”, “Yerlə göyün bəhsi”, M.Füzulinin “Meyvələrin söhbəti”, M.Ə.Sabirin “Ağacların bәhsi” əsərlərini misal göstərmək olar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti