Reklam
Reklam

Tarix terminləri lüğəti

müttəfiq respublika

Sovet konstitusiyasında SSRİ-nin yaradıcısı sayılan 15 respublikadan hər biri.

SSRİ-də digər dövlət təsisatlarından (muxtar respublika, muxtar vilayət və s.) fərqli olaraq M.R.-lar bu ölkənin tərkibindən çıxmaq hüququnu saxlayıb. Uzun müddət formal xarakter daşıyan həmin hüquqdan M.R.-lar XX əsrin 90-cı illərinin başlanğıcında istifadə edib və müstəqil dövlətlərə çevrilib.

Tarix terminləri lüğəti