ərəb. müxənnəs
Alçaq, namərd, qorxaq. (“Koroğlu” dastanının lüğəti)
Bu qılınc ilə müxənnətlər, namərdlər sənin əlindən dad çəkəcəklər. (“Alı kişi”)
*
Mərd igidlər, dava günü gəlibdi,
At sürüb meydana çıxan gündü bu.
Müxənnətlər tər savaşa varıbdı,
Vuruban atından yıxan gündü bu.
(“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Koroğluyam, Qırat üstə gəzərdim,
Müxənnətlər başın vurub əzərdim,
Nərələr çəkərdim, səflər pozardım,
Mənmi qocalmışam, ya zəmanəmi?
(”Koroğlunun qocalığı”)
*
Çənlibel dediyin dağlar damanı,
Müxənnətlər gəlsə çəkər amanı,
Başında nişanə aldım almanı,
Qorxutmadı hədəf, nişana səni.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Hədyan sözə bəli deməm,
Müxənnət çörəyin yeməm.
Qoy düşman bilsin mən kiməm,
Ballıcaya səfərim var!
(“Düratın itməyi”)
*
Qarqudan çəkilən onun boyudu,
Müxənnət olanun gözün oyudu,
Əsli köhlən, yoxsa Düldül soyudu,
Qırat, məni Çəmlibelə yetir, hey!
(Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası