Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

müxənnət

ərəb. müxənnəs

Alçaq, namərd, qorxaq. (“Koroğlu” dastanının lüğəti)

Bu qılınc ilə müxənnətlər, namərdlər sənin əlindən dad çəkəcəklər. (“Alı kişi”)

*

Mərd igidlər, dava günü gəlibdi,

At sürüb meydana çıxan gündü bu.

Müxənnətlər tər savaşa varıbdı,

Vuruban atından yıxan gündü bu.

                        (“Hasan paşanın Çənlibelə gəlməyi”)

*

Koroğluyam, Qırat üstə gəzərdim,

Müxənnətlər başın vurub əzərdim,

Nərələr çəkərdim, səflər pozardım,

Mənmi qocalmışam, ya zəmanəmi?       

                         (”Koroğlunun qocalığı”)

*

Çənlibel dediyin dağlar damanı,

Müxənnətlər gəlsə çəkər amanı,

Başında nişanə aldım almanı,

Qorxutmadı hədəf, nişana səni.

                         (“Koroğlunun Ərzurum səfəri”)

*

Hədyan sözə bəli deməm,

Müxənnət çörəyin yeməm.

Qoy düşman bilsin mən kiməm,

Ballıcaya səfərim var!

                          (“Düratın itməyi”)

*

Qarqudan çəkilən onun boyudu,

Müxənnət olanun gözün oyudu,

Əsli köhlən, yoxsa Düldül soyudu,

Qırat, məni Çəmlibelə yetir, hey!

                          (Paris nüsxəsi, 3-cü məclis)

Azərbaycan dastanlarının leksikası