Reklam
Reklam

Tarix terminləri lüğəti

naymanlar

monq. nayman – səkkiz

VIII əsrin ortalarında İrtış və Orxon çaylarının yuxarı axarları arasındakı ərazidə formalaşmış türk tayfa birliyi.

N. özlərini “səkiz-oğuz” adlandırıblar ki, bu da onların səkkiz tayfadan, nəsildən ibarət olduğunu göstərir. Bununla belə, onlar tarixə qonşularının verdikləri “nayman” və “tszu-bu” adlarıyla düşüblər. N. arasında uyğur əlifbası və xristianlıq (nestorianlıq) geniş yayılıb. N.-a xan başçılıq edib. XIII əsrin başlanğıcında Çingiz xan tərəfindən məğlub edilən N.-ın əksəriyyəti Mərkəzi Asiyada Yeddisu adlanan əraziyə köçüb. Sonralar onlar qazaxlar, özbəklər, qırğızlar və noqayların tərkibinə daxil olublar.

Tarix terminləri lüğəti