Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

neft sənayesi

Xam neftin axtarışı, çıxarılması, nəqli, anbarlara yığılması, satışı, habelə neft qazının (səmt qazı) yığılması ilə məşğul olan iqtisadiyyat sahəsi.

Faktik olaraq N.S. bir çox istehsal və xidmət sahələrini özündə birləşdirən mürəkkəb xalq təsərrüfatı kompleksidir. Enerji mənbəyi kimi çox mühüm təbii faydalı qazıntı olan neftin Azərbaycanda istehsalına qədim zamanlardan başlanıb, ancaq N.S. XIX əsrin sonlarından etibarən formalaşmağa başlayıb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti