Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

nəmi1

Ağcabədi, Ağdam, Çənbərək, Füzuli, Gədəbəy, Qazax, Qubadlı, Laçın, Salyan, Şamaxı, Şuşa, Tərtər, Tovuz

1. Dəyədə ağartı yığılan xüsusi yer (Ağdam, Füzuli, Qazax, Laçın, Şamaxı, Tovuz). □ Nəmimizi it dağıdıf, eymeyi aparıf (Qazax); Pişix' girdi nəmiyə (Tovuz); Apar bu qatığı nəmiyə qoy (Füzuli); Nəmidə beş motal var (Şamaxı).

2. Üstünə yatacaq paltarı, alt hissəsinə isə qab-qacaq yığılan şkaf (Ağcabədi, Tərtər, Zəngilan). □ Nəmimizin üsdə balaca döşəx'çə var, onu bırə:ti.

3. Divar şkafı (Ağcabədi, Tərtər). □ Nəmi dufardo:lardı, başda iki dənə (Ağcabədi).

4. Qab-qacaq yığılan yerin qabağına tutulan pərdə (Tovuz). □ Ay qız, o nəmini düzəlt, to:x-cücə oruyu dağıtmasın.

nəmi2

Gədəbəy, Hamamlı

Motal və ya ağartı torbasının altına qoyulan yastı daş.  Ə: Vəli, Qızxanıma deynən nəmiyi qoysun motalın altına (Gədəbəy).

Azərbaycan dilinin dialektoloji lüğəti