Ağcabədi, Ağdam, Çənbərək, Füzuli, Gədəbəy, Qazax, Qubadlı, Laçın, Salyan, Şamaxı, Şuşa, Tərtər, Tovuz
1. Dəyədə ağartı yığılan xüsusi yer (Ağdam, Füzuli, Qazax, Laçın, Şamaxı, Tovuz). □ Nəmimizi it dağıdıf, eymeyi aparıf (Qazax); Pişix' girdi nəmiyə (Tovuz); Apar bu qatığı nəmiyə qoy (Füzuli); Nəmidə beş motal var (Şamaxı).
2. Üstünə yatacaq paltarı, alt hissəsinə isə qab-qacaq yığılan şkaf (Ağcabədi, Tərtər, Zəngilan). □ Nəmimizin üsdə balaca döşəx'çə var, onu bırə:ti.
3. Divar şkafı (Ağcabədi, Tərtər). □ Nəmi dufardo:lardı, başda iki dənə (Ağcabədi).
4. Qab-qacaq yığılan yerin qabağına tutulan pərdə (Tovuz). □ Ay qız, o nəmini düzəlt, to:x-cücə oruyu dağıtmasın.
Gədəbəy, Hamamlı
Motal və ya ağartı torbasının altına qoyulan yastı daş. □ Ə: Vəli, Qızxanıma deynən nəmiyi qoysun motalın altına (Gədəbəy).
Azərbaycan dilinin dialektoloji lüğəti