Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nəzarət [nəza:rət] isim ərəb

1. Yoxlama məqsədilə baxma, göz qoyma, nəzər yetirmə, göz altında saxlama, fikir vermə, diqqət yetirmə. □ İndi o, Qulamı öz nəzarəti altında saxlamaq istəyirdi. (Ə.Əbülhəsən).
2. Hər hansı bir fəaliyyətə nəzarət edən idarə. □ Xalq nəzarəti.
3. Arxaizm. Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, habelə həmin idarənin yerləşdiyi bina, ev.

Həmçinin bax:

jurnalistika: ictimai nəzarət jurnalistika: nəzarət fonoqramı jurnalistika: nəzarət funksiyası jurnalistika: nəzarət markası jurnalistika: nəzarət olunan tiraj jurnalistika: nəzarətedici orqan frazeologizm: nəzarət altına almaq frazeologizm: nəzarət altında saxlamaq frazeologizm: nəzarətdə saxlamaq coğrafiya: ətraf mühitə nəzarət Azərbaycan dilinin izahlı lüğəti