fars. nimə – yarım, yarı + tən – bədən, gövdə
Qısa və ya uzunqollu gödəkcə formasında ənənəvi üst qadın geyimi; canlıq, can köynəyi.
Gündəlik geyim növü kimi N. (yaxud nimtən) yun və pambıq parçadan, mərasimlər üçün olan N. isə məxmər, darayı, tirmə və s. parçalardan tikilib. Bəzən N.-nin ətəyi, qollarının ağzı, yaxa və yan kəsikləri qızıl-gümüş düzmələr, yaxud zərif baftalarla bəzədilib. Azərbaycanda və qonşu Şərq xalqları arasında bu geyim növü geniş yayılıb.
Tarix terminləri lüğəti