Reklam
Reklam

Tarix terminləri lüğəti

niqab

ər. – örtük

1. Müsəlman qadınların taxdığı, gözlər üçün kiçik yarıq saxlamaqla sifəti tamam gizlədən üz örtüyü.

N.-dan ictimai yerlərdə, həmçinin naməhrəm kişilərin olduğu məkanlarda istifadə olunur. Belə üz örtüyü hənbəlilik məzhəbinin ardıcılları üçün xarakterik sayılır. Ona görə də N. məhz həmin məzhəbin yayıldığı ölkələrdə – Səudiyyə Ərəbistanı, Yəmən, Oman və Birləşmiş Ərəb Əmirliklərində daha çox taxılır.

2. Keçmişdə döyüşçülərin, cəngavərlərin tanınmamaq və qorunmaq üçün taxdıqları üz zirehi.

Tarix terminləri lüğəti