Reklam
Reklam

Tarix terminləri lüğəti

Ölü dəniz əlyazmaları

1947-ci ildən başlayaraq Ölü dənizin şimal-qərb sahillərindəki mağaralarda aşkar edilmiş qədim manuskriptlər (əlyazmalar).

Qədim yəhudi, arami, nəbati, yunan, latın, Suriya-Fələstin və ərəb dillərində olan bu mətnlər dəri, papirus, eləcə də saxsı, mis və ağac üzərində yazılıb. Həmin manuskriptlər tapıldığı yerə görə üç hissəyə bölünür: Kumran, Masada və Xirbət-Mird əlyazmaları. E.ə. II əsr – eramızın I əsrinə aid Ö.D.Ə. Yaxın Şərqdə xristian təliminin yaranması və inkişafını əks etdirən qiymətli mənbə sayılır. Onlar Qüdsdə İsrail muzeyinin xüsusi bölməsi olan “Kitab məbədi”ndə saxlanılır və beynəlxalq araşdırmaçılar qrupu tərəfindən öyrənilir.

Tarix terminləri lüğəti