isv. ombudsman – kiminsə mənafeyini təmsil edən
İnsan hüquqlarının, o cümlədən söz, fikir, ifadə, mətbuat, informasiya azadlıqlarının qorunması və vətəndaşların şikayətlərinə baxılması üçün xüsusi olaraq təsis edilmiş müstəqil dövlət orqanı.
Tarixdə ilk O.İ. 1809-cu ildə İsveçdə yaradılıb, uzun müddət yalnız Skandinaviyada mövcud olub, XX əsrin ikinci yarısından başlayaraq bütün dünyada mühüm dövlət qurumlarından birinə çevrilib. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda bu təsisat «İnsan hüquqları üzrə müvəkkil aparatı» adlanır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti