Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ombudsman institutu

isv. ombudsman – kiminsə mənafeyini təmsil edən

İnsan hüquqlarının, o cümlədən söz, fikir, ifadə, mətbuat, informasiya azadlıqlarının qo­runması və vətəndaşların şikayətlərinə ba­xılması üçün xüsusi olaraq təsis edilmiş müstəqil dövlət orqanı.

Tarixdə ilk O.İ. 1809-cu ildə İsveçdə yaradılıb, uzun müd­dət yalnız Skandinaviyada mövcud olub, XX əsrin ikinci yarısından başlayaraq bütün dünyada mühüm dövlət qurumlarından birinə çevrilib. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda bu təsisat «İnsan hüquqları üzrə müvəkkil aparatı» adlanır.

See also:

Jurnalistika terminləri lüğəti