Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

omonimlər

Deyilişi və yazılışı eyni olan, mənaca bir-birindən fərqlənən sözlər; məsələn: bağ, yay, bal, kök, yaş və s.

Çoxmənalı sözlərdən fərqli olaraq omonimlər arasında heç bir məna əlaqəsi yoxdur; məsələn: yaş – ömrün müəyyən dövrü, yaş – nəm, islanmış; yay – ilin fəsillərindən biri, yay – ox atmaq üçün istifadə olunan vasitə.

Həmçinin bax:

İbtidai siniflər üçün terminlər lüğəti