Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

onluq

Hər bəndi on misradan ibarət, formaca sabit olmayan, müxtəlif qafiyə quruluşuna malik şeir şəkli.

Ə.Kürçaylının “Bir ovuc günəş” şeiri O.-a nümunə ola bilər:

İlk dəfə anamdan eşitdim bunu:

Bir ovuc günəşin nə olduğunu.

Naqafil səsdən, bir gurultudan

Bizi bürüyərdi qorxu, həyəcan.

Faşist təyyarəsi gəlir sanardıq,

Torpaq qazmalarda daldalanardıq.

Elə ki qaranlıq qazmaya girdik,

Anam söylənirdi, gileylənirdi:

“Bir ovuc günəş də qəhətdi bizə,

Qaranlıq yazılıb taleyimizə...”

                        ***

O gündən “bir ovuc günəş” sözünü,

Bir ovuc günəşin, nurun özünü

Gəzdirdim qəlbimdə öz qanım kimi,

Nəmli daxmaların dərmanı kimi.

Bildim: o, həyatdır, güldür, çiçəkdir,

Hamıya hər yerdə günəş gərəkdir.

Gərəkdir barmaqlıq arxasında da,

Laləli düzlərin yaxasında da.

Ya bir ovuc olsun, ya da bir qətrə –

O, gərək, nurunu salsın hər yerə.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti