1. XVI əsrdə Niderland burjua inqilabı dövründə Oranlı I Vilhelmin (1533–1584) tərəfində vuruşan inqilab iştirakçıları.
Daha dar mənada isə bu termin Oranlı I Vilhelmin siyasi kursunun kalvinist zadəganlar, mühafizəkar bürgerlər və ziyalılardan ibarət sayca çox olmayan tərəfdarlarına aid edilir.
2. XVI əsrin sonu – XVIII əsrdə təxminən indiki Niderland ərazisində yerləşən Yeddi Birləşmiş Əyalət Respublikasında fəaliyyət göstərmiş siyasi qruplaşmanın üzvləri.
Onlar Oranlılar ailəsinin tərəfdarları olublar.
Tarix terminləri lüğəti