Reklam
Reklam

Tarix terminləri lüğəti

oymaq

Qədimdə türk və monqol dillərində qəbilə-tayfa birliklərini (qohum qrupları, nəsil, icma və s.) ifadə edən termin.

Sonralar bu termin mahal, yurd, bölgə, oba və s. mənalarda işlədilib. Orta əsr tarixçisi Əbülqazi Bahadır xana (1603–1663) görə, O. (yaxud aymak) sözü qədim türk, uyğur və monqol dillərində “toplanmaq”, “qaydaya tabe olmaq” anlamı verir. Hazırda Monqolustanda və Rusiyanın bəzi regionlarında (Buryatiya və Altayda) “aymak” adlı inzibati-ərazi vahidləri var.

Tarix terminləri lüğəti