Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

pamflet

ing. pamphlet < fr. palme feuillet < lat. palme folium – əldə tutulan yarpaq

Həcmcə böyük olmayan, kəskin ruhda ya­zılmış, adətən, siyasi məzmunlu satirik mə­qalə.

P. bütövlükdə ictimai quruluşun, ayrı-ayrı şəxslərin, siyasi qrupların ifşasına həsr oluna bilər. Belə xarakterli publisistik əsərlərə hələ antik ədəbiyyatda rast gə­linsə də, janr kimi P. Renessans dövründə for­malaşıb (Rotterdamlı Erazm, Fransua Rable və b.). Avropada və Amerikada P. termini daha çox fərqli mənada işlədilir: «kağız üz­lüklü kiçik nəşr, buklet» (Collins lüğəti, Britaniya); «konkret mövzuya həsr olunmuş üzlüksüz, yaxud kağız üzlüklü nazik ki­tabça» (Merriam-Webster lüğəti, ABŞ) və s. Terminin etimologiyası da dəqiq deyil. Əksər mənbələrdə onun ingiliscə pamphlet (bro­şür, buklet) sözündən (məs.: «Böyük ensiklopediya lüğəti», Rusiya), digərlərində XII əsrdə latın dilində yazılmış  Pamphilus, seu de Amore şeirinin adın­dan (məs.: Oksford lüğəti, Böyük Britaniya), üçüncülərdə latın mənşəli fran­sız ifadəsi palme feuillet-dən (məs.: universal in­cəsənət, elm və ədəbiyyat lü­ğəti Londinensis ensiklo­pe­di­yası, Britaniya) gö­türüldüyü qeyd edilir.

Jurnalistika terminləri lüğəti