fr. passion – ehtiras
Ətraf mühitdən şəxsi tələbat üçün lazım olandan qat-qat artıq həcmdə alınmış enerjinin sonradan ətraf aləmin dəyişdirilməsinə yönəlik hərəkətlərə sərf edilməsi.
P. termini sovet tarixçisi və yazıçısı L.Qumilyov (1912–1992) tərəfindən irəli sürülüb. Onun fikrincə, məhz P. xüsusiyyətinə malik insanlar tarixi təkamül prosesində və ayrı-ayrı xalqların inkişafında hərəkətverici qüvvə rolunu oynayırlar. Həmin insanların sıradan çıxması ilə onların mənsub olduqları xalqlar da tənəzzül dövrünə qədəm qoyurlar.
Tarix terminləri lüğəti