Mütəxəssisin öz fəaliyyətində rəhbər tutmalı olduğu prinsiplərin, həmkarları, hakimiyyət orqanları və əhalinin müxtəlif təbəqələri ilə münasibətlərini tənzimləyən mənəvi normaların toplusu.
Bu prinsip və normalar peşə fəaliyyətinin xüsusiyyətlərindən irəli gəlir və konkret şəraitə uyğun olur. Jurnalistikada P.D.Q. termini «peşə etikası kodeksi» anlayışının sinonimidir. P.D.Q.-na, əsasən, jurnalistlərin dəqiqliyini, obyektivliyini, qərəzsizliyini, informasiya qaynaqlarına sayğılı münasibətini təmin edən standartlar, maraqlar münaqişələrinin həlli üsulları daxildir. Onlar jurnalistlər birlikləri, ayrı-ayrılıqda KİV tərəfindən sənəd formasında qəbul olunur, imzalanır. P.D.Q.-nın hüquqi qüvvəsi yoxdur, lakin onlar özünütənzimləmə mexanizminin özəyini təşkil edir və auditoriyanın etibarını qazanmaq istəyən KİV bu qaydalara əməl etmək haqqında üzərinə könüllü öhdəlik götürür. Azərbaycanda ilk peşə əxlaqı kodeksi 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən, ikinci P.D.Q. 2003-cü ildə Mətbuat Şurasının qurultayı tərəfindən qəbul olunub.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti