Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

peşə davranışı qaydaları

Mütəxəssisin öz fəaliyyətində rəhbər tutmalı olduğu prin­siplərin, həmkarları, hakimiyyət or­qan­ları və əhalinin müxtəlif təbəqələri ilə ­mü­na­sibətlərini tənzimləyən mənəvi nor­­ma­ların toplusu.

Bu prinsip və normalar peşə fəaliyyətinin xüsusiy­yət­lərindən irəli gəlir və konkret şəraitə uyğun olur. Jurna­listika­da P.D.Q. termini «peşə etikası ko­deksi»­ an­la­yışının sinonimidir. P.D.Q.-na, əsasən, jurnalistlərin dəqiqliyini, obyektiv­liyini, ­qə­­rəz­sizliyini, informasiya qay­naq­larına say­ğılı münasibətini təmin edən standartlar, ­ma­raqlar müna­qişə­lərinin həlli üsulları da­xildir. Onlar jur­nalistlər birlikləri, ayrı-ayrılıqda KİV tərəfindən sənəd for­ma­sında qəbul olu­nur, imzalanır. P.D.Q.-nın hü­quqi qüvvəsi yoxdur, lakin onlar özünü­tən­zimləmə mexanizminin özəyini təşkil edir­ və auditoriyanın etibarını qazanmaq istə­yən KİV bu qaydalara əməl etmək haq­qında üzərinə könüllü öhdəlik gö­türür. Azər­baycanda ilk peşə əxlaqı ko­deksi 1991-ci ildə Azərbaycan Jurna­listlər Birliyi tərə­fin­dən, ikinci P.D.Q. 2003-cü ildə Mət­buat Şu­rasının qurultayı tərəfindən qə­bul olu­nub.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti