Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

pillə [pillə] isim fars

1. Pilləkənin çıxarkən və ya düşərkən ayaq qoyulan üfüqi hissələrindən hər biri. □ Ləman ucadan gülüb, bir neçə pillə qalxdı... (H.Seyidbəyli).

2. Pillələr şəklində (cəmdə) – pilləkən. □ Çatıb evə, pillələri; Birnəfəsə çıxır Reyhan. (M.Dilbazi).

3. Məcazi mənada: inkişafın dərəcəsi, mərhələsi. □ İnkişafın yüksək pilləsi.

4. Məcazi mənada: mərtəbə, səviyyə, dərəcə. □...hesabdarlıqdan bir pillə yuxarı qalxmaq fikrində idi. (M.İbrahimov).

5. Hissə. □ Raket bir neçə pillədən ibarətdir.

Həmçinin bax:

coğrafiya: aerotermik pillə coğrafiya: barik pillə coğrafiya: geotermik pillə coğrafiya: termik pillə Azərbaycan dilinin izahlı lüğəti