1. Pilləkənin çıxarkən və ya düşərkən ayaq qoyulan üfüqi hissələrindən hər biri. □ Ləman ucadan gülüb, bir neçə pillə qalxdı... (H.Seyidbəyli).
2. Pillələr şəklində (cəmdə) – pilləkən. □ Çatıb evə, pillələri; Birnəfəsə çıxır Reyhan. (M.Dilbazi).
3. Məcazi mənada: inkişafın dərəcəsi, mərhələsi. □ İnkişafın yüksək pilləsi.
4. Məcazi mənada: mərtəbə, səviyyə, dərəcə. □...hesabdarlıqdan bir pillə yuxarı qalxmaq fikrində idi. (M.İbrahimov).
5. Hissə. □ Raket bir neçə pillədən ibarətdir.
See also: