yun. pygmaios – yumruq boyda < pygmé – yumruq
Afrikanın tropik meşələrinin qısaboylu məskunları.
P. haqqında məlumatlara hələ e.ə. III minilliyə aid Qədim Misir yazılarında, sonralar isə qədim yunan mənbələrində rast gəlinir. Qabon, Kamerun, Mərkəzi Afrika Respublikası, Zair və Ruanda meşələrində yaşayan P.-in orta boyu kişilərdə 142-145 sm, qadınlarda isə 135-140 sm arasında dəyişir. P.-in bədənləri iri, əl və ayaqları qısa olur. Onlar qonşu zənci tayfalarından dərilərinin daha açıq rəngi ilə fərqlənirlər. P., əsasən, yığıcılıq və ovçuluqla məşğul olurlar, kaman və dəmir uclu oxdan ov aləti kimi istifadə edirlər. Yaxın dövrlərədək P. od əldə etməyi bacarmayıblar.
Tarix terminləri lüğəti