1. Üzərində iri çertyoj kağızlarını işləmək üçün dördbucaq taxta lövhə. □ Çertyoj planşeti.
2. Geodezik planaalma nəticəsində tərtib olunmuş plan. □ Sahənin planşeti.
3. Xəritə qoymaq üçün şəffaf yastı çanta. □ Xəritəni planşetə qoymaq.
4. Kiçikölçülü, çoxfunksiyalı, notbuk və netbukdan fərqli olaraq qatlanmayan kompüter. □ Planşeti açmaq.
Azərbaycan dilinin izahlı lüğəti