Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

planşet [planşet] isim fr. planchettehərf. taxta lövhəcik, planche – taxta lövhə

1. Üzərində iri çertyoj kağızlarını işləmək üçün dördbucaq taxta lövhə. □ Çertyoj planşeti.

2. Geodezik planaalma nəticəsində tərtib olunmuş plan. □ Sahənin planşeti.

3. Xəritə qoymaq üçün şəffaf yastı çanta. □ Xəritəni planşetə qoymaq.

4. Kiçikölçülü, çoxfunksiyalı, notbuknetbukdan fərqli olaraq qatlanmayan kompüter. □ Planşeti açmaq.

Azərbaycan dilinin izahlı lüğəti