lat. praeferentia – üstün tutmaq
Dövlətin hər hansı təsərrüfat sahəsinə, yaxud subyektlərinə, məhsulların istehsalı və satışına əlverişli şərait yaratmaq üçün xüsusi güzəştli şərtlər müəyyənləşdirməsi.
P. vergi, aksiz güzəştləri, digər formalarda, məsələn, başqa bir ölkənin bütün, yaxud bəzi məhsullarının idxalı üçün gömrük rüsumunun aradan qaldırılması şəklində tətbiq edilə bilər.
Coğrafiya terminləri lüğəti