Reklam
Reklam

Tarix terminləri lüğəti

presviterianlar

ing. presbyterian < yun. presbyteros – ağsaqqal, başçı

Kalvinizmin ardıcılları olan ingilis və şotland puritanlarının mötədil qanadı; XVII əsr İngiltərə burjua inqilabı dövründə siyasi partiya.

Əsası XVI əsrin ortalarında J.Kalvinin şagirdi C.Noks tərəfindən qoyulan presviterianlıq 1592-ci ildə Şotlandiyanın dövlət dini elan edilib. P. kilsə kultunun sadələşdirilməsi və ucuzlaşdırılması, yepiskopların seçkili ağsaqqallarla (presviterlərlə) əvəzlənməsi, kilsənin mərkəzləşdirilməsi və dünyəvi hakimiyyətdən asılılığının azaldılması tələbləri ilə çıxış ediblər. İngiltərədə XVI əsrin 70-ci illərində meydana gələn presviterian icmaları inqilabın başlanması ilə siyasi partiyaya çevrilib. 1640–1648-ci illərdə Uzun parlamentdə P. əksəriyyət təşkil ediblər, lakin kralla saziş xətti tutduqlarından 1648-ci ildə oradan qovulublar. P.-ın dəstəyi ilə 1660-cı ildə Stüartların hakimiyyəti bərpa olunduqdan sonra onlar siyasi fəaliyyətlərini dayandırıblar.

Tarix terminləri lüğəti