Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

psixoakustika

yun. psyche – ruh + yun. akustikos – eşidilən

1. Səsin insan tə­rəfindən qavranılmasının psixoloji və fi­zioloji cəhətlərini araşdıran elm sahəsi.

P.-nın inkişafına radionun və səsli kinonun, xü­susilə televiziyanın yaranması təkan verib. İnsanların səs siqnallarına reak­siyası ilə seyr etdikləri görüntülər arasında birbaşa əlaqə var. Psixoakustik tədqiqatlar kadr­ların tamaşaçıda yaratdığı reallıq hissini gücləndirmək imkanı verir, onlardan film­lərin səsləndirilməsi və dublyaj­lar, ekranda səslə görüntünün daha uğurlu formada uzlaşdırılması üçün isti­fadə edilir. 

2. Səs siqnallarının insan ­tə­rəfindən qavranılma keyfiyyətini azalt­ma­dan sıxılması üsulları və bu üsulları tətbiq etməyə imkan verən kompüter proqramları.

Bu proqramlar vasitəsilə səs siqnalından onun qav­ranıl­masına ciddi təsir göstər­məyən informasiyalar «çıxa­rılır». Nəticədə səsli fayl dəfələrlə yığ­camlaşır və bir diskə qat-qat çox musiqi, film, veriliş yazmaq mümkün olur. 

Jurnalistika terminləri lüğəti