yun. psyche – ruh + yun. akustikos – eşidilən
1. Səsin insan tərəfindən qavranılmasının psixoloji və fizioloji cəhətlərini araşdıran elm sahəsi.
P.-nın inkişafına radionun və səsli kinonun, xüsusilə televiziyanın yaranması təkan verib. İnsanların səs siqnallarına reaksiyası ilə seyr etdikləri görüntülər arasında birbaşa əlaqə var. Psixoakustik tədqiqatlar kadrların tamaşaçıda yaratdığı reallıq hissini gücləndirmək imkanı verir, onlardan filmlərin səsləndirilməsi və dublyajlar, ekranda səslə görüntünün daha uğurlu formada uzlaşdırılması üçün istifadə edilir.
2. Səs siqnallarının insan tərəfindən qavranılma keyfiyyətini azaltmadan sıxılması üsulları və bu üsulları tətbiq etməyə imkan verən kompüter proqramları.
Bu proqramlar vasitəsilə səs siqnalından onun qavranılmasına ciddi təsir göstərməyən informasiyalar «çıxarılır». Nəticədə səsli fayl dəfələrlə yığcamlaşır və bir diskə qat-qat çox musiqi, film, veriliş yazmaq mümkün olur.
Jurnalistika terminləri lüğəti