Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

pünhan fars

Gizli, xəlvət. (“Koroğlu” dastanının lüğəti)

Comərd igid heç qaçarmı meydandan?

Qılınc çəkib hayıf alaq düşmandan!

Qorxaq kəslər boyun əyib pünhandan,

Sinilib xəlvətdən baxan gündü bu.

               (“Hasan paşanın Çənlibelə gəlməyi”)

*

Pünhanı sövdayar qardaş,

Aparırlar pünhan məni.

Ərənlərə qurban bu baş,

Aparırlar pünhan məni.

              (“Koroğlu ilə Bolu bəy”)

Azərbaycan dastanlarının leksikası