Gizli, xəlvət. (“Koroğlu” dastanının lüğəti)
Comərd igid heç qaçarmı meydandan?
Qılınc çəkib hayıf alaq düşmandan!
Qorxaq kəslər boyun əyib pünhandan,
Sinilib xəlvətdən baxan gündü bu.
(“Hasan paşanın Çənlibelə gəlməyi”)
*
Pünhanı sövdayar qardaş,
Aparırlar pünhan məni.
Ərənlərə qurban bu baş,
Aparırlar pünhan məni.
(“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası