Reklam
Reklam

Tarix terminləri lüğəti

qalxan

türk. kalkmak – dikəlmək, qalxmaq və ya monq. kalka – sipər, qorunma vasitəsi

Döyüşçünü soyuq silahın zərbəsindən qorumaq üçün əldə gəzdirilən müdafiə vasitəsi.

Hələ qədimdən məlum olan Q. öncə ağacdan, hörülmüş çubuqlardan, qamışdan, dəridən, sonralar isə tunc və dəmirdən hazırlanıb. İlk metal (tunc) Q.-lardan e.ə. II minillikdə Assuriyada istifadə edilib. Q. ölçüsünə və formasına görə (dairəvi, dördkünc, üçkünc, badamvarı, yarımsilindrik və s.) müxtəlif olub. Odlu silah ixtira edildikdən sonra isə o, müdafiə vasitəsi kimi öz əhəmiyyətini itirib.

Tarix terminləri lüğəti