Orta əsrlərdə Azərbaycanda və bəzi qonşu ölkələrdə şəhər darvazalarının mühafizəsinə cavabdeh olan məmurların xeyrinə alınan vergi.
Həmin məmurlar Azərbaycanda qapıçıbaşı adlanıb. Bu vergi növü Ağqoyunlular dövründə geniş yayılıb: şəhərə gətirilən pambıq, soğan, düyü, kömür və s. malların hər yükündən 1/3 axça həcmində Q. alınıb. Verginin miqdarı Uzun Həsənin “Qanunnamə”si ilə müəyyən edilib.
Tarix terminləri lüğəti