Əsasən, Proterozoy və Paleozoy eralarında yaranan dağlar.
Q.D. uzun geoloji dövr ərzində denudasiyaya uğrayaraq aşılanır və parçalanır, ona görə, adətən, çox hündür olmurlar; məsələn: Kap, Əjdaha, Skandinaviya, Baykalətrafı, Appalaç, Böyük Suayırıcı, Ural dağları və s. Lakin Paleozoy erasında yaranmış bəzi dağlar uzun fasilədən sonra Kaynozoy erasında yenidən fəallaşıb və tektonik proseslər nəticəsində qalxmağa başlayıb. Belə dağlar Q.D. olsalar da, ucadır: Sayan, Altay, Tyan-Şan dağları və s.
Coğrafiya terminləri lüğəti