Reklam
Reklam

Tarix terminləri lüğəti

qəribə müharibə

fr. Drôle de guerre, ing. Phoney War, alm. Sitzkrieg

II Dünya müharibəsi (1939–1945) zamanı 1939-cu il sentyabrın 3-dən 1940-cı il mayın 10-dək olan dövr.

Bu dövrdə Fransa və Böyük Britaniya Almaniyaya müharibə elan etsələr də, dəniz döyüşləri istisna olmaqla fəal hərbi əməliyyatlar aparılmayıb. Fransız-alman cəbhəsində yalnız lokal toqquşmalar qeydə alınıb. Alman komandanlığı bundan kifayət qədər bəhrələnib: müttəfiqlərin fəaliyyətsizliyindən istifadə edərək Polşa kampaniyasını həyata keçirib, Danimarka və Norveçi işğal edib, ən başlıcası isə Fransaya hücum üçün hərbi hazırlıqlarını başa çatdırıb. 1940-cı il mayın 10-da Almaniyanın Belçika və Hollandiya üzərinə irimiqyaslı hücumu ilə Q.M. dövrü sona yetib.

Tarix terminləri lüğəti