Reklam
Reklam

Tarix terminləri lüğəti

qırmızısarıqlılar

1351–1368-ci illərdə Çində monqol hökmranlığına və Yuan monqol imperiyasına qarşı azadlıq hərəkatının iştirakçıları.

Hərəkata qoşulanlar fərqləndirici nişan kimi başlarına qırmızı sarıq bağladıqları üçün belə adlandırılıblar. Üsyan nəticəsində monqollar Çindən qovulub və Yuan sülaləsinin ölkədəki hökmranlığına son qoyulub. Q.-ın liderlərindən Çyu-Yuan-çjan isə 1368-ci ildə Nankində özünü yeni Min sülaləsinin ilk imperatoru elan edib.

Tarix terminləri lüğəti