Reklam
Reklam

Tarix terminləri lüğəti

qopçur

monq. qupçur – otlaq

Monqol istilasına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda vergi növü.

Öncə otlaqlardan istifadə üçün yalnız köçərilərdən toplanan Q. Elxanilər dövründə can vergisi ilə əvəzlənib və köçərilərlə bərabər, oturaq əhalidən, bəzən hətta şəhər sakinlərindən də alınıb. Q.-un dəqiq miqdarı olmayıb. Ruhanilər, qocalar, xəstələr, dərvişlər və uşaqlar Q.-dan azad ediliblər. XV əsrdən başlayaraq Q. vergisi başqa adlarla (məvaşı, mərai və s.) toplanıb.

Tarix terminləri lüğəti