lat. gradientis – addımlayan
Hər hansı fiziki kəmiyyətin azalma, yaxud artma istiqamətində necə dəyişdiyini xarakterizə edən göstərici.
Üfüqi istiqamətdə azalma (artma) dərəcəsi üfüqi Q.-lə, şaquli istiqamətdə azalma (artma, əyilmə) dərəcəsi şaquli Q.-lə ifadə olunur; məsələn, atmosferdə horizontal təzyiq Q.-i, adətən, hər 100 km-ə 1-3 mbar təşkil edir. Q.-i riyazi üsulla hesablamaq və ya xüsusi cihazlarla ölçmək mümkündür. Bu termin geologiya, meteorologiya, hidrologiya və ekologiyada geniş yayılıb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti