isp. grandes – ağa, kübar
Orta əsrlərdə İspaniyada ali dini və dünyəvi zadəgan titulu.
Q.-lar zadəganların əsas hissəsini təşkil edən hidalqo və kabalyeroslardan daha yüksək statusa malik olublar. Bu terminə ilk dəfə XIII əsrə aid tarixi qaynaqlarda rast gəlinir. Həmin dövrdən başlayaraq Q.-lar İspaniyada yüksək dövlət vəzifələri tutublar və böyük imtiyazlara sahib olublar. O zamanlar Q.-ların öz “azadlıqlarını” qorumaq üçün hətta krala müharibə elan etmək və digər hökmdarın qulluğuna keçmək kimi geniş hüquqları olub. XVI əsrdə absolyutizmin çiçəklənməsi ilə Q.-lar saray əyanlarına çevriliblər. 1931-ci ildə İspaniyada monarxiyanın süqutundan sonra bu titul ləğv olunub.
Tarix terminləri lüğəti